İcma rəhbəri: “Qarabağda müharibə başlasa, istədiyimiz kimi bitəcək”

İcma rəhbəri: “Qarabağda müharibə başlasa, istədiyimiz kimi bitəcək”
Siyasət 461

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev “Qarabağ harayı” adlanan kampaniya çərçivəsində müharibə mesajı verib.

BAKU.WS-in məlumatına görə, T.Gəncəliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsinə hazırlıqlı olmalıdır.

Onun fikrincə, Qarabağda müharibə başlasa, bu, Azərbaycanın istədiyi kimi bitəcək.

“Biz istəmirdik, amma ermənilər bizə qarşı savaş açdı, torpaqlarımızı işğal etdi. Buna baxmayaraq, müharibənin sonu bizim istədiyimiz kimi bitəcək”, - deyə o bildirib.

İcma rəhbəri qeyd edib ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, sakit dayanmamalıyıq.

Oxşar xəbərlər

Dağlıq Qarabağ münaqişəsi Ankarada müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsi Ankarada müzakirə olunub

Azərbaycanın Türkiyədəki səfirliyində diplomatik korpus nümayəndələri üçün "Məcburi köçkün problemi və Azərbaycan təcrübəsi" adlı tədbir keçirilib. BAKU.WS xəbə...

257 Siyasət 21:53 18 noyabr 2019

Son xəbərlər