Çoxsaylı pilotsuz uçuş aparatlarından istifadə olunacaq - AÇIQLAMA

Çoxsaylı pilotsuz uçuş aparatlarından istifadə olunacaq - AÇIQLAMA
Siyasət 4415

"Hərbi təxribatların olacağı barədə həmişə danışmışıq. Ekspertlər həmişə deyib ki, müharibə qurtara bilər, ancaq müəyyən terror qrupları və muzdlular, hansısa şəxslər və diasporalar tərəfindən maliyyələşdirilən qüvvələr orada olacaq".

Bu sözləri BAKU.WS-ə ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib

Onun sözlərinə görə, ermənilər hələ müharibə başlamamış partizan hərəkatına keçməyi də nəzərdə tutduqlarını elan etmişdilər:

"Əslində buna hazırlıq gedirdi. Fikrimcə, hazırda müəyyən düşərgələr mövcud ola bilər. Bunlar ehtiyatlar olan ərazilərdə yerləşə bilər. Onlar bunu partizan hərəkatı kimi qələmə versələr də, əslində bunun adı terrorçuluqdur. Terror fəaliyyəti hazırda var və bunun kökü kəsilənə qədər əməliyyatlar davam edəcək.

O ki qaldı sülhməramlı qüvvələrə, onların bəlli əraziləri mövcuddur. Rus sülməramlılar həmin ərazi çərçivəsində fəaliyyət göstərirlər. Nəzarətində olan ərazilərdə təhlükəsizliyə onlar cavab verirlər və rus sülhməramlılar öz vəzifələrini yerinə yetirməlidirlər.

Sülhməramlı qüvvələrin nəzarətindən kənarda olan ərazilərdə isə Azərbaycanın təhülkəsizlik qüvvələri, güc strukturları və müvafiq orqanlar həmin bu terror qrupları ilə mübarizə aparmalıdırlar. Fikrimcə, mövcud vəziyyətdə rus sülhməramlılar ilə əlaqədar bəzi tədbirlər görüləcək.

Sabiq briqada komandirinin sözlərinə görə, elə faktlar ola bilər ki, həmin sülhməramlı qüvvələrin cavabdeh olduğu ərazilərdən çıxan terrorçular Azərbaycanın cavabdehliyində olan ərazilərdə təxribat yaratsın: "Bu da nəzərə alınır. Ona görə monitorinq qrupu var. Orada çoxsaylı pilotsuz uçuş aparatları istifadə olunacaq.

İndi bu dəqiqə ilk addımlar atılır. Dekabrın birindən bu yana cəmi iki həftə keçib. İki həftə ərzində bütün bu məsələrin həll ediləcəyini düşünmürdük, bu çətinliklər olacaq. Mina sahələri bir tərəfdən, bu tərəfdən isə təxribat hücumları. Çünki orada boşluqdur. Orada insanlar yaşamır, ona görə orada bərpa işləri gedən zaman dövlət orqanlarına mane olmağa və təxribat törətməyə çalışacaqlar. Təxribatın artıq nəticələrini görürük.

İtkilər çox olmasa da, bu, onu göstərir ki, biz təxribatlarla üzləşəcəyik. Artıq həmin terror qruplarının izlənilməsinə başlanılıb. Bəzi mənbələr müəyyənləşdirilib. Həmin ərazilərdə onların məhvetmə əməliyyatı keçiriləcək. Azərbaycan ordusu tapşırıqları yerinə yetirəcək durumdadır və gücümüz də var. Sadəcə zaman lazımdır".

Son xəbərlər