Çində kütləvi istifadə olunacaq peyvənd açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Çində “Sinovac Biotech” əczaçılıq şirkətinin hazırladığı koronavirusa qarşı dərmanı kütləvi peyvəndləmə üçün istifadə olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Milli Tibbi Məhsullar Administrasiyasının (NMPA) saytında yerləşdirilən açıqlamaya görə xarici ölkələrdə “Sinovac Biotech” adı ilə tanınan “Beijing Kexing Zhongwei Biotechnology Co., Ltd.” şirkətinin yeni koronavirusun qarşısını almağa yararlı olan peyvənd dərmanı dünəndən şərti olaraq tətbiqi üçün qeydiyyatı təsdiq edilib.
Qeyd edək ki, indiyədək sözügedən dərman əsasən həkimlər, xadimə və süpürgəçilər, polis və gömrük əməkdaşları kimi təhlükəyə məruz qalan qrupların, habelə vəzifəli şəxslərin peyvəndində istifadə olunurdu.
Rəsmi məlumata görə Çində indiyədək 31,23 milyon sakin koronavirusa qarşı peyvənd olunub.
Oxşar xəbərlər
Hansı tibbi maskalar koronavirusdan qoruyur? – ARAŞDIRMA
Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olmasına aydınlıq gəlib. BAKU.WS “report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkil...