Çində koronavirus yayılandan bu yana İLK DƏFƏ - ŞAD XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Son gün ərzində Çində koronavirus qurbanlarının sayı 8 nəfər artıb.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.
Qeyd edilir ki, virusa yoluxanların sayı 34 nəfər artıb, daha 819 nəfər sağalıb.
Bu halda ölkədə epidemiyanın episentri olmuş Uhan şəhərində hər hansı yoluxma və ya ölüm qeydə alınmayıb.
İdarənin məlumatına görə, ölkədə epidemiyaya yoluxanların ümumi sayı 80,9 min nəfərə çatıb, onlardan 70,4 min nəfəri sağalıb, 3 245 nəfər ölüb.
Yenilənmiş məlumatlara əsasən, Çin üzrə virusdan ölüm faizinin rəsmi göstəricisi 4% təşkil edir.
Oxşar xəbərlər
COVID-19-a yoluxan və sağalanların sayı - SON RƏQƏMLƏR
Çində yaranan və dünyaya yayılan koronavirus xəstəliyinə (COVID-19) yoluxmuş 182 min 406 nəfərdən 79 min 433 nəfər sağalıb. BAKU.WS xəbər verir ki, virusdan sağ...