Çində 132 nəfərin öldüyü təyyarənin ikinci qara qutusu tapıldı

Çində 132 nəfərin öldüyü təyyarənin ikinci qara qutusu tapıldı
Siyasət 146

Xilasedicilər Çinin cənubunda “Boeing 737” təyyarəsinin qəzaya uğradığı yerdə ikinci qara qutunu tapıblar.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli televiziya məlumat yayıb.

Keçən cümə günü bəzi KİV-lər qəzanın daha dolğun mənzərəsini yaratmağa imkan verəcək ikinci qara qutunun (uçuş məlumatlarını yazan cihazın) aşkar edildiyini bildirdilər. Lakin sonradan bu xəbər təkzib edilib.

Xatırladaq ki, təyyarənin birinci qara qutusu martın 23-də aşkar edilib.

Qeyd edək ki, martın 21-də qəzaya uğrayan hava gəmisində 132 nəfər həlak olub.

Son xəbərlər