Çavuşoğludan işğaldan azad edilmiş torpaqlarda idarəçiliklə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda idarəçiliyi necə aparacağı barədə mənim danışmağım düz deyil. Amma ən qısa zamanda bunu Azərbaycanın edəcəyindən heç bir şübhəmiz yoxdur”.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan mediasının suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xalqa xidmət məsələsində gücü var:
“İlham Əliyevin erməni vətəndaşları ilə birgə yaşamaqla bağlı açıqlamaları da müsbətdir. Mən işğaldan sonra oraya qanunsuz gətirilən vətəndaşlardan danışmıram. Burada illərdir yaşayan erməni vətəndaşlar var, eyni zamanda Türkiyədə də ermənilər yaşayırlar”.
O qeyd edib ki, qarşıdurmanın çoxu bizim bölgəmizdədir:
“Həlli dondurulmuş münaqişələrin çoxu da bizim bölgəmizdədir. Qarabağ bunlardan biri idi, inşallah, bu məsələ də həll olunacaq”.
“Digər tərəfdən - Gürcüstanda, Ukraynada, Krımda, Moldovada, Suriyada, İraqda, Liviyada belə gərgin münaqişələr var. Diqqət etdinizsə, Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir.
Biz Liviyada da münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Ancaq bizim dediyimiz bəzən qarşılığını tapmır. Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Biz problemlərin həllində lazımi addımlar atmağa davam edəcəyik”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...