Çavuşoğlu: “Ümid edirik ki, Ermənistan bu şansdan istifadə edəcək”
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Qarabağ da daxil olmaqla bir çox regional məsələlərlə bağlı Rusiya ilə fəal təmasdadır.
BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O əlavə edib ki, Ankara və Moskva milli maraqların nəzərə alınmasına əsaslanan konstruktiv dialoqun tərəfdarıdır.
Qafqazdakı vəziyyətdən danışan Çavuşoğlu İkinci Qarabağ müharibəsindən sonra dəyişikliklərə ümidlərin yaranmasına işarə edib: “Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə region uzunmüddətli sülh üçün tarixi şans əldə edib”.
Türkiyəli nazir ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu da qeyd edib: “Ümid edirik ki, Ermənistan bu şansdan regionda sülh və inkişaf üçün istifadə edəcək”.
Mənbə: Vestnik Kavkaza
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...