Çavuşoğlu: Sadələşdirilmiş gömrük dəhlizi ilə bağlı sənəd imzalanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
“Çətin dövrdən keçirik. İstanbul Zirvəsində qəbul etdiyimiz “Türk Dünyası-2040” strateji sənədi uzunmüddətli dövr üçün mühüm addım oldu”.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Asiya yenidən ön plana çıxır: “Aramızdakı münasibətlər və dəhlizləri inkişaf etdirməyimiz məcburiyyətə çevrilir”.
Nazir vurğulayıb ki, sabah ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri imzalanacaq və bu, məmnunedicidir.
Oxşar xəbərlər
Türkiyə niyə Finladiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləmir? Çavuşoğlu AÇIQLADI
“Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir”. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onu...