Çavuşoğlu: "Moskvada Ukraynanın təhlükəsizlik təklifinə etiraz olmayıb"

“Kollektiv təhlükəsizlik mövzusunda Ukraynanın təklifi olub. Bura BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, Almaniya və Türkiyə daxildir. Dünən Moskvada buna bir etirazın olmamasını gördüm. Təbii ki, burada önəmli olan sadəcə tərəflərin deyil, həm də xalq üçün məqbul olan təkliflərin qəbul edilməsidir”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
“Bir mövzuda anlaşma üçün zəmin yaransa, görüşün baş tutma ehtimalı var. Ukrayna Prezidenti Volodimir Zelenski də bunu tez-tez dilə gətirir”, - nazir bildirib.
Oxşar xəbərlər
Dmitri Kulebadan Sergey Lavrovla görüşdən sonra İLK AÇIQLAMA
“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”. BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri...