Dmitri Kulebadan Sergey Lavrovla görüşdən sonra İLK AÇIQLAMA
10
mar
2022
14:10
“Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm”.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
“Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”, - deyə Kuleba bildirib.
Oxşar xəbərlər
Türkiyə, Rusiya və Ukrayna XİN başçılarının görüşü başlayıb - YENİLƏNİB
Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kulebanın üçtərəfli görüşü başlayıb. BAKU.WS xəbər verir ki, danışıq...