Məmmədyarov, Çavuşoğlu və Zalkaliani arasında görüş baş tutub - FOTO
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkalianin üçtərəfli formatda görüşü keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, görüşdə nəqliyyat, enerji, rabitə və kommunikasiya sahələrində həyata keçiriləcək layihələr, eləcə də 2020-2022-ci illər üçün birgə fəaliyyət planının müzakirə edildiyi bildirilir.
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında sayca –ci dəfə köçürülən görüşdən sonra birgə bəyanat da imzalanıb.
Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar olaraq Ankaranın müraciəti əsasında təxirə salınmışdı.
Qalereya
Oxşar xəbərlər
Elmar Məmmədyarov Gürcüstan və Türkiyə XİN rəhbərləri ilə görüşəcək
Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüş...