Elmar Məmmədyarov Gürcüstan və Türkiyə XİN rəhbərləri ilə görüşəcək
Bu ilin 23 dekabr tarixində Tbilisi şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü keçiriləcək
Bu barədə BAKU.WS-ə Xarici İşlər Nazirliyindən məlumat daxil olub.
Görüş zamanı Xarici İşlər nazirləri üçtərəfli əməkdaşlıq gündəliyinə daxil olan müxtəlif məsələlər, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər üzrə muzakirələr aparacaqlar.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun həmkarları ilə ikitərəfli görüşlərinin də keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
XİN başçılarının təxirə salınan görüşü yaxın günlərdə keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonuna qədər Tbilisidə keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə “Report”...