Ceyson Smart: "İlham Əliyev Vaşinqtonla münasibətlərdə qırmızı xətti keçməyib"

Ceyson Smart: İlham Əliyev Vaşinqtonla münasibətlərdə qırmızı xətti keçməyib
Siyasət 1073
"İlham Əliyev təcrübəli siyasətçidir və onun qələbəsi gözlənilən idi".BAKU.WS-in məlumatına görə, bunu virtualaz.org-a Amerika siyasi texnoloqu Ceyson Smart deyib.“Vaşinqton, prinsip etibarilə, İlham Əliyevin prezidentliyinə qarşı deyil, həm də ki, o, Qərblə münasibətlərdə qırmızı xətti keçməyib”, - deyə ekspert bildirib."Düşünürəm ki, İlham Əliyev öz siyasətini gələcəkdə də davam etdirəcək. Azərbaycan üçün ölkə siyasətinin indiki istiqamətini saxlamaq əhəmiyyətlidir və biz Qərbdə ümid edirik ki, o, ciddi dəyişikliklərə uğramayacaq", - deyə Smart vurğulayıb.BAKU.WS

Son xəbərlər