Ceyhun Cəlilov Naxçıvanın baş naziri vəzifəsindən azad edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Baş nazir Ceyhun Cəlilovun vəzifəsindən azad edilməsi məsələsinə baxıb.
Bu barədə Ali Məclisin Mətbuat Xidmətindən bildirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bugünkü iclasının gündəliyinə Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifəsindən azad edilməsi məsələsi daxil edilib.
Muxtar Respublika Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Prezident İlham Əliyevin 12 noyabr tarixli Sərəncamına əsasən, Naxçıvan MR Baş naziri Ceyhun Ramiz oğlu Cəlilov Muxtar Respublikada Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Buna görə də Ceyhun Cəlilov baş nazir vəzifəsindən azad edilməlidir.
"Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi səsə qoyularaq qəbul olunub.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...