Ceyhun Bayramovdan fransalı həmkarına TUTARLI CAVAB - VİDEO

Ceyhun Bayramovdan fransalı həmkarına TUTARLI CAVAB - VİDEO
Video
Siyasət 177

“Fransalı həmkarım xanım Ketrin Kolonna mətbuat konfransında Azərbaycana birtərəfli çağırış etdi. O, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad etdi”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan açıq və şəffaf şəkildə, öz Konstitusiyasına uyğun addım atır: "Biz iki il yarım əvvəl bununla bağlı mövqeyimizi ortaya qoymuşduq. Ancaq Fransa Ermənistana çağırış etməmişdi. Azərbaycan öz Konstitusiyası ilə müəyyən edilən suveren hüquqlarından istifadə edir. Beynəlxalq Ədalət Məhkəməsinin qərarına gəlincə, orada Laçın yolu üzrə yük, sərnişin və humanitar daşınma məqsədləri qeyd olunur".

Son xəbərlər