Ceyhun Bayramov: “Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb”
Yeniliklərdən dərhal xəbərdar olun
“Sülh quruculuğu prosesi üçün yeni imkanlar yaranıb”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşü zamanı deyib.
Nazir, Azərbaycan tərəfindən həyata keçirilən anti-terror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirib.
Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...