Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
BAKU.WS Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.
Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...