Ceyhun Bayramov: "Əminəm ki, bu sınağın öhdəsindən birlikdə gələcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"İndi ən önəmli olan canları qurtarmaqdır. 100-113 saat keçəndən sonra insanın dağıntılar altından sağ çıxması möcüzədir".
BAKU.WS report-a istinaən xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Kahramanmaraşda dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə əməliyyatlarını izləyərkən deyib.
"Allahın köməyi ilə bu işlər uğurla davam edər. Hörmətli Türkiyə Prezidentinin dediyi kimi bir il ərzində bütün bunlar yenidən bərpa ediləcək. Qüdrətli Türkiyə dövləti indiyə kimi bütün qoyduğu hədəflərə çatdığı kimi, bu hədəfinə də çatacaq. Təbii ki, ağır dərd və sınaqdır. Əminəm ki, bunun öhdəsindən birlikdə gələcəyik", - C.Bayramov vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan Kahramanmaraşda Azərbaycan xilasedicilərinin axtarış-xilasetmə işləri ilə tanış olub
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının axtarış-xil...