Çavuşoğlu: "Müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var"
Yeniliklərdən dərhal xəbərdar olun
Avropada müsəlmanlara və məscidlərə qarşı hücumlarda çox ciddi artım var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Annalena Berbokla birgə mətbuat konfransı zamanı deyib.
"Hər cür irqçiliyə və ayrı-seçkiliyə qarşı birlikdə mübarizə aparmalıyıq. Biz müsəlman icmasının məscid və dərnəklərinin təhlükəsizliyi üçün lazımi tədbirlərin görülməsini gözləyirik”, - türkiyəli nazir qeyd edib.
Son zamanlar Almaniyada PKK-nın fəaliyyətində artım olduğunu qeyd edən Çavuşoğlu alman həmkarına bunun müttəfiqlik ruhu ilə bir araya sığmadığını vurğulayıb.
"Türkiyə terror təşkilatları ilə mübarizədə konkret addımlar və aktiv əməkdaşlıq gözləyir", - Çavuşoğlu əlavə edib.
Oxşar xəbərlər
Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək
Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək. BAKU.WS bu barədə “report” istinadən xəbər verir. Məlumata görə, Türkiyə-Azərbayc...