Ceyhun Bayramov: “Cavabdehlər öz cəzalarını almalıdırlar”
Yeniliklərdən dərhal xəbərdar olun
“30 il ərzində Azərbaycan diplomatiyasının qarşısında duran ən əsas məqsədlərdən biri ölkəmizə qarşı aqressiya, işğal, etnik təmizləmə siyasətini beynəlxalq təşkilatlara, dünya dövlətlərinin, böyük güclərin önündə israrlı şəkildə qaldırmaq, bunu beynəlxalq təşkilatların gündəliyindən çıxarılmasına yol verməmək, onun hüquqi təməlini və bazasını gücləndirmək idi. Bu günün özünün tələbləri, reallıqları mövcuddur. Biz bunları yaxşı anlayıb dərk etməliyik və öz fəaliyyətimizdə rəhbər tutmalıyıq”.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Ağdam şəhərindəki Konfrans Mərkəzində keçirilən “Ağdamın dirçəlişi” adlı tədbirdə deyib.
“Qarabağın dirçəldilməsi üçün aparılan işlərə dost dövlətlərin şirkətlərinin cəlb edilməsi, dünyada mövcud olan ən müasir, yeni texnologiyalar barədə məlumatların əldə edilməsi, ölkəmizdə olan müvafiq həmkar qurumlara onların ötürülməsi, ən ciddi problem olan mina təhdidi məsələsinin beynəlxalq qurumların və təşkilatların gündəliyində saxlanılması, günahkarların ifşa edilməsi, Azərbaycana yardımların artırılması və nəhayət, ən müasir texnologiyaların ölkəmizə cəlb edilməsi istiqamətində işlərimiz davam etməlidir. Burada gördüyümüz dağıntıların, çoxsaylı hərbi cinayətlərin də günahkarları var. Bizim bu istiqamətdə başladığımız işlər tam gücü ilə davam etməlidir. Cavabdehlər öz cəzalarını almalıdırlar. Bunun cəzası bilinməlidir və verilməlidir”, - deyə xarici işlər naziri vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...