Ceyhun Bayramov: "Azərbaycan bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəflənib"
Yeniliklərdən dərhal xəbərdar olun
Münaqişədən sonra Azərbaycan bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəflənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.
Nazir, azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib.
Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasətinin qarşıdan gələn ildə də uğurla həyata keçiriləcəyini söyləyən nazir Ceyhun Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları Yeni 2022-ci il münasibətilə təbrik edib.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...