Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır

Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır
Foto
Siyasət 46

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi İclasında iştirak və çıxış etməkdən məmnunluq duyur.

BAKU.WS xəbər verir ki, C. Bayramov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Günümüzün dəyişən geosiyasi mənzərəsində müntəzəm qeyri-rəsmi fikir mübadilələrinin və daha güclü regional əməkdaşlığın dəyərini xüsusi vurğuladım", - o bildirib və daha geniş, çevik və qarşılıqlı faydalı tərəfdaşlıqları təmin etməkdə təşkilat və müxtəlif əməkdaşlıq formatlarının rolu diqqətə çatdırılıb:

"Azərbaycan əlaqələndirilmiş və gələcəyə hesablanmış gündəliyi irəli aparmaq üçün qardaş ölkələrimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq etməyə sadiq qalır".

***

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.

Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.

Qəbələ Zirvə görüşündə yaradılan və 2026-cı ilin mart ayında İstanbulda daha da işlək mexanizmə çevrilən "OTS+" formatı ilə yanaşı, XİN başçılarının mütəmadi qeyri-rəsmi görüşlərinin inklüziv və strateji tərəfdaşlıqların inkişafına xidmət edən mühüm vasitə olduğu qeyd edilib.

*** 11:57

Bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iclas TDT-nin 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş 12-ci Zirvə toplantısında qəbul edilən "xarici işlər nazirlərinin daha tez-tez bir araya gəlməsi" qərarına uyğun olaraq təşkil olunacaq.

İclasda Türk dünyasının xarici siyasət üzrə koordinasiyası, Qəzza və İran kontekstində regional məsələlər, eləcə də Türkiyənin ilin ikinci yarısında üzərinə götürəcəyi TDT Dövr Sədrliyi prosesi müzakirə olunacaq.

Son xəbərlər