Cəbrayılda tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidənqurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb. Bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.
BAKU.WS xəbər verir ki, təkrar emal nəticəsində tikintidə istifadə oluna bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.
Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.
Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə qənaət ediləcək.
Oxşar xəbərlər
“Ağdamda hər kəs öz evini istədiyi kimi tikə bilməyəcək” - İcraçı direktorla MÜSAHİBƏ + FOTO
Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. Torpaqlarımız işğaldan azad ediləndən son...