Cəbrayılda tikilən binalar körpü vasitəsilə əlaqələndiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Cəbrayıl şəhərində ilkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə bu gün şəhərə təşkil olunmuş mediaturda bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 28-də Cəbrayılda olub, burada inzibati binanın təməlini qoyub. Şəhərin Baş planına əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektara yaxın ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib.
4-5 mərtəbəli binalarla yanaşı, ikinci mərhələdə 3-4 mərtəbəli binaların tikintisi də nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq.
Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.
Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.
Oxşar xəbərlər
“Ağdamda hər kəs öz evini istədiyi kimi tikə bilməyəcək” - İcraçı direktorla MÜSAHİBƏ + FOTO
Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. Torpaqlarımız işğaldan azad ediləndən son...