Canlı yayımda səhhəti pisləşən Ərdoğanın son durumu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti kifayət qədər yaxşıdır”.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, R.T.Ərdoğan işlərinə davam edəcək:
“Seçkilərlə bağlı intensiv çalışdığına görə mədəsində narahatlıq yaranmışdı. Amma artıq keçib. Prezident bu gün proqramlarına davam edəcək”.
Qeyd edək ki, R.T.Ərdoğan aprelin 25-də canlı yayımda sualları cavablandıran zaman özünü narahat hiss edib. Ona görə də verilişə fasilə verilib.
Oxşar xəbərlər
Ərdoğan müxalifəti tənqid edib: "İndiyədək terrorla mübarizəyə dair heç nə deməyiblər"
“Biz ölkəmizin 81 vilayəti kimi, İstanbul və Ankara şəhərlərini də sahibsiz qoymadıq”. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb...