“Caliber”: Ukraynada müharibədir, ermənilər isə artıq onların ərazilərini bölüşdürür - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda Rusiya-Ukrayna müharibəsi qurbağa gölünə qumbara düşməsi effekti verdi. Sözün əsl mənasında üç gün ərzində, istisnasız olaraq, istər rəsmi, istərsə də belə olmayan bütün media orqanları eyni anda baş verənlərin xronologiyasından çıxdı.
Bu barədə “YouTube” platformasının “Caliber” analitik layihəsinin növbəti buraxılışında deyilir.
Erməni mediası özləri üçün ən əlverişli və ən əsası, ən təhlükəsiz həll yolunu seçdi - hadisələrin yalnız rus versiyasını köçürmək. Təhlükəsizdir, çünki hərbi əməliyyatların üçüncü günündə sistematik intiharlara görə xalq arasında “intihar körpüsü” adlandırılan Zəngi çayı üzərindəki İrəvan estakadasında qəfildən 50 metrlik “Rusiya ordusu” pankartı peyda olub.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...