Bayraq satışından milyonlar qazanan biznesmenlər

Bayraq satışından milyonlar qazanan biznesmenlər
Siyasət 1396

Azərbaycanın işğal olunmuş ərazisində baş verən son 3 günlük savaş insanlarda vətənpərvərlik ruhunu gücləndirdi. Milli bayrağa marağı daha da artırdı. Əvvəllər ancaq bayraq dövlət idarə və müəssisələrində, təşkilatların binalarında asılırdısa, indi maşınlarda, evlərdən də asılmağa başladı. Bu da ölkədə bayrağa tələbatı artırdığından bəzi iş adamları fürsətdən yararlanmağa çalışdılar. Əvvəlki qiymətlərlə müqayisədə bayrağın satış qiyməti bir neçə dəfə artdı. 

Ziyalı, kultiroloq Aydın Xan Əbilov BAKU.WS-ə deyib ki, biznesin milliyyəti olmaz. Bu dünyanın hər yerində belədir. Amma o işbazlar bilməlidirlər ki, insanlarda bu bayrağa sevgi olmasa, onlar sabah başqa dövlətlərin bayraqları altında qul kimi fəaliyyət göstərə bilərlər.  

Aydın Xan Əbilov deyib ki, dünyanın hər yerində tələbat daha çox olan məhsulun qiyməti artır. Amma bizdə bunu daha kobud formada edirlər. "Adətən Türkiyədə, Rusiyada və başqa dövlətlərdə hər hansı bir tədbirdə, ümummilli məslədə milli vətənpərvərlik ruhunu artırmaq üçün müəyyən fondlar, təşkilatlar külli miadarda bayraq əldə edir və pulsuz paylayır”, - zaiyalı qeyd edib. 

Qiymətin tənzimlənməsinə gəlincə, Aydın Xan Əbilov deyib ki, bizdə bayraq kütləvi şəkildə istehsal olunmadığından onun qiymətini də tənzimləmək olmur. "Adətən Çində və digər ölkələrdə istehsal olunur. Ona görə də aidiyyatı qurumlar bayrağın qiymətini tənzimləməkdə çətinklik çəkirlər. Əslində bayraq dövlət atributudur. Dövlət atributunun xaricdə istehsalı doğru deyil. Bu məsələ Dövlət Atributları Haqqında qanunla tənzimlənir. Bunun qarşısını almaq üçün məncə ölkədə bayrağın kütləvi istehsalına başlanmalıdır”, - Əbilov əlavə edib.  

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda siqaretlər ucuzlaşacaq

Azərbaycanda siqaretlər ucuzlaşacaq

"Ölkədə az satılan siqaretlərin qiyməti aşağı düşəcək” BAKU.WS-in məlumatına görə, bunu AzVision.az-a "European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə...

2565 Sosial 11:35 15 fevral 2016

Son xəbərlər