Burkina Fasoda hərbçilərə hücum nəticəsində azı 40 nəfər həlak olub

16
apr
2023
23:59
Burkina Fasonun şimalında orduya və könüllü müdafiə qüvvələrinə hücum olub.
BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hücum nəticəsində naməlum şəxslər 40 nəfəri öldürüb, 33 nəfəri yaralayıb.
Bundan əvvəl Burkina Faso hakimiyyəti aprelin 13-də ölkə ərazisinin bir hissəsini ələ keçirmiş terrorçu qruplaşmaların yaraqlılarına qarşı mübarizə üçün ümumi səfərbərlik elan etmişdi.
Oxşar xəbərlər
Burkina-Fasoda 60-ya yaxın qadın qaçırılıb
Silahlılar Burkina-Fasonun şimalında 60-a yaxın qadını qaçırıblar. Bu barədə AFP Arbinda şəhərinin rəhbərliyinə istinadən məlumat yayıb. Agentlik qeyd edib ki,...
