Əbülfəs Qarayev erməniləri Bakıya dəvət edib
"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, problemlərin həllində mədəniyyətlərarası dialoq mühüm rol oynaya bilər: "Azərbaycan belə dialoqa hazırdır. İstərdik ki, dünyada problemlər qarşılıqlı anlaşma, sülh yolu ilə həll olunsun. Ancaq hansısa dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmirsə, bu, müəyyən qədər həmin dialoqa hazır olmamasından xəbər verir. Forumda mədəniyyətlərarası dialoqun bu istiqamətdə rolu barədə ciddi müzakirələr aparılacaq".
BAKU.WS
Oxşar xəbərlər
V Qlobal Bakı Forumu başa çatıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən və "Beynəlxalq münasibətlərin gələcəyi: güc və...