Bu toyda 13-ü uşaq olmaqla 53 qonaq zəhərlənib
13
apr
2024
23:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanın Buxara vilayətində keçirilən toyda 13-ü uşaq olmaqla 53 qonaq zəhərlənib.
BAKU.WS xəbər verir ki, bu barədə regional səhiyyə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Aprelin 13-nə keçən gecə Buxara vilayətinin Buxara və Vabkənd rayonlarının xəstəxanalarına qarın ağrısından şikayət edənlər qəbul olunmağa başlayıb.
“Ümumilikdə 13-ü uşaq olmaqla 53 nəfər xəstəxanaya çatdırılıb. Onların hamısı toyda qonaq olub”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Moskvada məşhur ticarət mərkəzində silahlı insident: Ölü sayı 150-yə çatıb - FOTO/VİDEO - YENİLƏNİB
Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb. “Report” xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat...