Bu tarixdə Ağalı kəndinə daha 20 ailə köçürüləcək
18
fev
2023
13:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın sonunda, martın ilk həftəsi ərzində Zəngilan rayonun Ağalı kəndinə daha 20 ailə köçürüləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O vurğulayıb ki, həmin ailələrin iki mərhələdə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, bu vaxta kimi işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə 66 ailə köçürülüb.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...