Bu şəxslər üç min manat cərimə olunacaq

Bu şəxslər üç min manat cərimə olunacaq
Siyasət 3910
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-2.1-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilir.İnzibati Xətalar Məcəlləsində 445-1.1.2-ci maddəyə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilir.Eyni zamanda aşağıdakı məzmunda 445-1.6-cı maddə əlavə edilir:“445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə -vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.”.

Oxşar xəbərlər

Azərbaycanda dəfn qaydalar dəyişdi

Azərbaycanda dəfn qaydalar dəyişdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.Dəyişikliyə...

1328 Sosial 19:32 02 may 2019

Son xəbərlər