Nəticələri ləğv edilən dairələrin TAM SİYAHISI (YENİLƏNİB)
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirib.
BAKU.WS xəbər verir ki, iclasda bir sıra seçki dairələri üzrə şikayətlərə baxılıb.
Aparılan müzakirələr nəticəsində aşağıdakı seçki dairələri üzrə qanun pozuntularının olduğu qənaətinə gəlinib və nəticələr ləğv edilib:
- 33 saylı Xətai birinci seçki dairəsi - Lider namizəd Hüseynbala Mirələmov (47.1 faiz səs)
- 35 saylı Xətai üçüncü seçki dairəsi - Lider namizəd Rauf Arifoğlu (49.2 faiz səs)
- 74 saylı Lənkəran kənd seçki dairəsi - Lider namizəd Hadı Rəcəbli (53.1 faiz səs)
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - Lider namizəd Çingiz Qənizadə (45.4 faiz səs)
Bundan əlavə, 10 seçki dairəsi ilə bağlı daxil olan şikayətlər müvafiq Dairə Seçki Komissiyalarına göndərilib:
- 91 saylı Ucar seçki dairəsi
- 81 saylı Beyləqan seçki dairəsi
- 72 saylı Yardımlı-Masallı seçki dairəsi
- 95 saylı Tərtər seçki dairəsi
- 42 saylı Sumqayıt ikinci seçki dairəsi
- 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi
- 15 saylı Yasamal birinci seçki dairəsi
- 28 saylı Sabunçu üçüncü seçki dairəsi
- 79 saylı İmişli seçki dairəsi
- 60 saylı Salyan-Neftçala seçki dairəsi
Oxşar xəbərlər
MSK təcili iclas keçirir - nəticələr ləğv oluna bilər - YENİLƏNİB - 1
Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı təcili iclasda 33 saylı xətai birinci seçki dairəsi il...