Bu ölkədə elektron siqaretə məhdudiyyət qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliya elektron siqaretlərin məktəblərdə və gənclər arasında geniş yayıldığını və sağlamlıq üçün təhlükə yaratdığını əsas gətirərək satışını məhdudlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Mark Butler açıqlama yayıb.
O, elektron siqaretlərin gənclər arasında getdikcə daha çox populyarlaşdığını və nikotin aludəçilərinin yeni nəslini yaratdığını, onun satışının apteklərlə məhdudlaşacağını açıqlayıb:
"Böyük siqaret şirkətləri, siqaretdə olduğu kimi, daha bir asılılıq yaradan məhsul alıb, onu parlaq qablaşdırmalara bükdülər və yeni nəsil nikotin aludəçiləri yaratmaq üçün tərkibinə əlavə ləzzətlər qatdılar”.
Aldadıldıqlarını bildirən Butler 52 yaşında olduğunu vurğulayaraq, "Mənim yaşımda olan 70 nəfərdən yalnız 1-i elektron siqaret çəkir" deyib.
Oxşar xəbərlər
Bu gün Ümumdünya Sağlamlıq Günüdür
1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. BAKU.WS xəbər verir ki, 1948-ci ildə aprelin 7-də Ümumdünya Səhiyyə Təşk...