Bu ölkədə də "TikTok" bloklanır
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi "TikTok"a girişi bloklamaq qərarına gəlib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirillib.
Nazirlikdən verilən məlumata görə, bu qərar sosial şəbəkənin məzmununun monitorinqindən sonra qəbul edilib.
Platformanın uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatların əldə edilməsinə məhdudiyyətlər qoyulmadığı müəyyən edilib.
Mədəniyyət Nazirliyinin açıqlamasında deyilir ki, yeniyetmələr "TikTok"da videolara baxdıqdan sonra müəyyən təhlükəli hərəkətləri təkrarlamağa çalışırlar.
Qərarın həyata keçirilməsi üçün ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə sorğu göndərilib.
Qeyd edək ki, Özbəkistanda 2021-ci ilin iyununda "TikTok"a giriş bloklanıb.
Oxşar xəbərlər
Daha bir ölkədə “TikTok”a məhdudiyyət qoyuldu
Son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması “TikTok”un istifadəçi sayı günü-gündən artmağa davam edir. BAKU.WS xa...