Bu ölkə tək yaşayan vətəndaşlara ayda 500 dollar verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyi cəmiyyətdən təcrid olunmuş vətəndaşlara ayda 650 min Koreya vonu (təxminən 500 ABŞ dolları) verəcək.
BAKU.WS bu barədə CNN-ə istinadən xəbər verir.
Belə ki, Cənubi Koreya cəmiyyətdən təcrid olunmuş vətəndaşların psixoloji və emosional sabitliyini dəstəkləmək üçün onlara aylıq müavinət ödəyəcək.
"19-39 yaş arası koreyalıların təxminən 3,1%-i və ya 338 min nəfəri özlərini xarici aləmdən təcrid etmiş, qapalı məkanda və həyatda çətinliklər yaşayan subay gənclərdir", - deyə nazirliyin hesabatında deyilir.
Belə ki, gəliri ölkə üzrə orta səviyyədən (təxminən 4 165 ABŞ dolları) aşağı olan 9-24 yaş arası subay gənclərə aylıq yardım göstəriləcək.
Oxşar xəbərlər
Cənubi Koreya ilk dəfə olaraq KXDR-in dəniz sərhədi yaxınlığında raketlər atıb - VİDEO
Cənubi Koreya qırıcıları Şimali Koreyanın ballistik raket buraxılışlarına cavab olaraq dəniz sərhəd xəttinin yaxınlığında açıq dənizə üç hava-yer raketi atıb. B...