Bu ölkə ölüm hökmünü ləğv edir
Yeniliklərdən dərhal xəbərdar olun
Malayziya hökuməti məcburi ölüm hökmünü ləğv etmək qərarına gəlib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində ölkənin parlament və qanunvericilik üzrə naziri Van Cunaidi Tuanku Cəfər yazıb.
Hazırda Malayziyada 11 cinayət növü üzrə, o cümlədən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorizmlə bağlı məcburi cəza kimi ölüm hökmü nəzərdə tutulub.
Bundan sonra isə ölüm hökmü və ya digər cəzanın verilməsi haqqında hakim qərar verəcək.
Dəyişiklikləri ehtiva edən qanun layihəsinin parlamentə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil.
Oxşar xəbərlər
Səudiyyə şahzadəsi İlon Maskın təklifini rədd etdi - FOTO
“Twitter”in ən böyük səhmdarlarından biri olan Səudiyyə şahzadəsi Əl-Valid bin Talal Əl Səud “Tesla” və “SpaceX”in yaradıcısı, planetin ən varlı adamı İlon Mask...