Bu insanlar daha tez qocalır - Alimlər açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın Duke Universitetinin psixoloqlarının araşdırmalarına görə, antisosial davranışa meylli insanlar daha tez qocalır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Journal of Environmental Research and Public Health" jurnalında dərc olunan məqalədə deyilir.
Alimlər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər doğulmuş 45 yaşlarında tibbi və psixoloji müayinədən keçmiş 1037 nəfər üzərində araşdırma aparıblar.
Antisosial davranış tarixi olan iştirakçıların bioloji qocalması əhəmiyyətli dərəcədə sürətlənib.
Tədqiqat hesabatına görə, 45 yaşında antisosial davranışa sahib olanlar digərlərindən orta hesabla 4,3 dəfə yaşlı idilər.
Qeyd edək ki, antisosial olmaq psixologiyada sosial normaları pozan, başqalarının hüquqlarına etinasızlıq göstərən, çox vaxt empatiya və ya peşmançılıq hissi ilə əlaqələndirilən (aldatma, təcavüz, oğurluq, zorakılıq, yalan) davranışlardır.
Oxşar xəbərlər
70, 80, 90 yaşında ATA OLANLAR - Övladınızın xərçəngə tutulma riski arta bilər - FOTO
Artıq qoca yaşlarında ata olan şəxslərə tez-tez rast gəlinir. Məsələn, bu həftə 83 yaşlı məşhur aktyor Al Paçinonun 29 yaşlı sevgilisi Noor Alfallahdan uşağı dü...