Bu gün İlham Əliyevin “general-leytenant” rütbəsi verdiyi hərbçilər kimlərdir? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, onlar arasında "general-leytenant" hərbi rütbəsi alanlar da var.
Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.
Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. "Azərbaycan Bayrağı" ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.
Fotoda: Zakir Ağayev
Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.
Fotoda: Azər Əliyev
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...