Bu gün azad etdiyimiz torpaqlarımızdan görüntülər - VİDEO

Bu gün işğaldan azad olunan ərazilərimizin yeni görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, AzTv-nin komandası azad edilən ərazilərimizdə olub, döyüş əməliyyatlarında iştirak edən hərbçilərimizlə söhbət edib.
Xatırladaq ki, oktyabrın 2-də gecə ərzində və səhər saatlarında cəbhənin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edib. Ağdərə istiqamətində qoşunlarımız Madagiz ətrafındakı hakim yüksəklikləri azad edib və bu məntəqəni nəzarətdə saxlayır.
Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib və irəliləməyə nail olub. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
Oxşar xəbərlər
Ordumuz düşmənin müqavimətini qıraraq irəli gedib - Müdafiə Nazirliyi
“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam edir". BAKU.WS xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidm...
