Ordumuz düşmənin müqavimətini qıraraq irəli gedib - Müdafiə Nazirliyi

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində uğurla davam edir".
BAKU.WS xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir:
"Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istiqamətində əsgərlərimiz düşmənin müqavimətini qıraraq irəli gedib. Murov dağı istiqamətində də əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır".
Oxşar xəbərlər
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Azərbaycan Ordusunun apardığı qətiyyətli əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ər...
