BŞBPİ: Qanunsuz aksiyanın qarşısını alan polislərin işdən azad olunması yalandır
24
okt
2019
14:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhər Baş Polis İdarəsi Bakıda qanunsuz aksiyaya cəhdin qarşısının alınmasında iştirak edən bir qrup polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, yayılan məlumatlar yalandır:"Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Oxşar xəbərlər
BŞBPİ: "Bakıda icazəsiz aksiyaya cəhdlərin qarşısı alınacaq”
Sosial şəbəkələrdə bir qrup müxalifət fəalının paytaxtda icazəsiz aksiya çağırışlarına Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilib.Baş İdarənin mətbua...