Bərzanidən referendumla bağlı son AÇIQLAMA
23
sen
2017
16:07
Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-nə təyin olunan referendumun təxirə salınması barədə beynəlxalq ictimaiyyətin tələblərinə münasibət bildirib. Bərzani “Amerikanın səsi”nə müsahibəsində geri addım atmayacaqlarını deyib: “ABŞ-ın mövqeyini dəyişdirmək üçün çox cəhd göstərdik. Onlara “gəlin, bu məqsədə necə çata biləcəyimizi müzakirə edək”, - dedik. Ancaq onlar “referendumu təxirə salın, sonra danışaq”, - deyirlər. Nəyi danışacağıq? Bizə hər hansı təminat verilmir. Bunu etmə, təxirə sal deyirlər. ABŞ 14 ildir eyni şeyi deyir. 1960-70-ci illərdə deyilik. Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik. Sonunda ölüm də olsa, buna hazırıq”.M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: “Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”. M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.Qeyd edək ki. artıq referendmla bağlı online səsvermə başlayıb. İlk olaraq saat fərqinə görə, Çində yaşayan kürdlər səs verməyə başlayıblar.BAKU.WS
Oxşar xəbərlər
Ərdoğanın Azərbaycan səfəri niyə təxirə salındı?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi məlum olub.BAKU.WS APA-ya istinadən xəbər verir ki, Türkiyənin Azərbayc...