Britaniyanın baş naziri COP29-a dəvət edilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmeri noyabr ayında Bakıda keçiriləcək COP29 tədbirinə dəvət edib.
"Report" xəbər verir ki, İlham Əliyevin Kir Starmerə ünvanladığı dəvət məktubunun orijinal nüsxəsini COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və xalis sıfır emissiyalar üzrə dövlət katibi Ed Milibendə təntənəli surətdə təqdim edib.
Qeyd edək ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar ölkələrin ikitərəfli əlaqələrinə həsr olunmuş ilk rəsmi tədbir COP29 mövzusunda keçirilib.
Oxşar xəbərlər
Prezident 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib - YENİLƏNİB-4 - FOTO
İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Q...