Britaniya şahzadəsindən ETİRAF: "25 nəfəri öldürmüşəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya şahzadəsi Harri Əfqanıstanda xidmət edərkən 25 nəfəri öldürdüyünü etiraf edib.
BAKU.WS-in Sky News-a istinadla məlumatına görə, bu barədə Sasseks hersoqu özünün avtobioqrafik “Spare” (“Ehtiyat”) kitabında yazıb.
"Mən dəqiq deyə bilərəm ki, nə qədər düşmən döyüşçüsü öldürmüşəm... Deməli, məndə bu say 25-dir. Bu hal məni məmnun etməsə də, utanmadım", - o bildirib.
Britaniya şahzadəsi Əfqanıstanda iki çağırış müddətində xidmət edib.
Həmçinin şahzadə 17 yaşında narkotikdən istifadə etdiyini də bildirib.
Qeyd edək ki, "Spare" kitabının buraxılışı yanvarın 10-na nəzərdə tutulub.
Oxşar xəbərlər
Şahzadə Harri qardaşı Uilyamın ona hücumundan danışıb: "Qab kürəyimdə çatladı" - FOTO
Şahzadə Harri öz xatirələrində qardaşı, Britaniya taxt-tacının varisi, şahzadə Uilyamla dava etməsindən danışıb. BAKU.WS-in məlumatına görə, "The Guardian" nəşr...