Britaniya şahzadəsi yaddaşını itirib
Yeniliklərdən dərhal xəbərdar olun
III Çarlzın bacısı Şahzadə Anna atın səbəb olduğu güman edilən kəllə-beyin travmasından sonra yaddaşını itirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qlosterşir qraflığındakı “Anne's Gatcombe Park” malikanəsində baş verib.
Hadisənin dəqiq şəraiti açıqlanmır. Həkimlərin fikrincə, onun zədəsi atın baş və ya ayaq zərbəsi ilə uyğun gəlir. Hadisədən sonra zərərçəkmiş huşunu itirib. Onun üçün təcili yardım çağırılıb və o, Bristoldakı Southmead xəstəxanasına aparılıb.
Bukingem Sarayından bildirilib ki, şahzadə müvafiq müayinələr, müalicə və müşahidələr üçün xəstəxanaya yerləşdirilib. Onun bu həftənin sonunda evə buraxılacağı gözlənilir.
Oxşar xəbərlər
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib etdi - YENİLƏNİB
Britaniya kralı III Çarlz vəfat etməsi ilə bağlı xəbərlər yayılıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Bukingem sarayı təkzib edib. Bildiri...