Britaniya səfiri Azərbaycana təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Azərbaycana təşəkkürünü bildirib.
BAKU.WS xəbər verir ki, o, səfir bu barədə tviter səhifəsində yazıb.
“Prezident İlham Əliyevlə vacib müzakirələrimiz oldu. Biz Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardıq. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır”, - diplomat bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr naziri, Böyük Britaniya parlamentinin üzvü Ceyms Hippini qəbul edib.
🇦🇿 Prezidenti Ilham Əliyevlə vacib müzakirələr oldu. 🇬🇧 Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardır. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır. pic.twitter.com/TRfCWNkS4u
— James Sharp (@JamesSharpFCDO) March 30, 2022
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...