Britaniya kraliçasının dəfn mərasimi başa çatıb

Britaniya kraliçasının dəfn mərasimi başa çatıb
Siyasət 117

Böyük Britaniya kraliçası II Elizabetin dəfn mərasimi başa çatıb.

BAKU.WS xəbər verir ki, bu gün Kraliça II Elizabetin Londonda keçirilən dövlət dəfn mərasimindən sonra, onun tabutu Vindsor Sarayına gətirilib.

Bu axşam kral ailəsi üçün keçiriləcək xüsusi mərasimdən sonra Kraliça Müqəddəs Georgi Kapellasının içərisindəki Kral VI Georgİ Memorial Kapellasında dəfn ediləcək.

Qəbir daşında “II ELIZABET 1926-2022” yazılacaq.

Qeyd edək ki, sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edən II Elizabet Britaniya tarixində ən uzun müddət taxtda qalan monarx olub. Kraliçanın ölümündən sonra onun oğlu III Çarlz Birləşmiş Krallığın yeni monarxı elan edilib.

Son xəbərlər