Bu ölkədə həbsxananı qazlar qoruyur

Bu ölkədə həbsxananı qazlar qoruyur
Foto
Siyasət 1

Braziliyada həbsxana məhbusların qaçmasının qarşısını almaq üçün maraqlı üsuldan istifadə edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Santa Katarina ştatında həbsxananı qazlar qoruyur.

"Agent qazlar" adlanan heyvanlar həbsxananın daxili hasarı ilə əsas xarici divar arasında gəzir.

Bu yaşıl ərazidə dolaşan qazlar mümkün bir qaçış halında səlahiyyətliləri xəbərdar edir.

Həbsxana müdiri Markos Roberto de Souza qaz sürüsünə qulluq etməyin it yetişdirməkdən daha sərfəli olduğunu, həbsxananın belə bir təcrübə üçün uyğun və gecələr ərazinin çox sakit olduğunu bildirib.

Son xəbərlər