Hindistanlı heykəltəraş qum və pomidordan nəhəng Santa Klaus yaradıb - VİDEO

Hindistanlı heykəltəraş qum və pomidordan nəhəng Santa Klaus yaradıb - VİDEO
Video
Siyasət 138

Hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik Odişa əyalətinin şərqindəki Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə Santa Klausun qum və pomidor heykəlini ictimaiyyətə təqdim edib.

BAKU.WS xəbər verir ki, bu barədə sənətkar özünün tvitter səhifəsində paylaşım edib.

Heykəltəraşın sözlərinə görə, o, eni 60 fut (18,2 m) və hündürlüyü 27 fut (8,2 m) olan heykəli şagirdlərin köməyi ilə yaradıb.

"Santa Odişadakı Qopalpur çimərliyində 1,5 ton pomidordan ibarət dünyanın ən böyük pomidor və qumdan ibarət Santa Klaus abidəsidir. Bu heykəl 27 fut hündürlükdə və 60 fut enindədir. Tələbələrim heykəli tamamlamaq üçün bir araya gəldilər. 2022-ci ilin Milad bayramınız mübarək", - o sosial şəbəkə hesabında yazıb.

Son xəbərlər